Dopinq testi müsbət çıxdığı üçün 4 illik futboldan uzaqlaşdırılma cəzası alan, lakin sonradan 18 aya endirilən Pol Poqbanın "Olimpik"lə (Marsel) danışıqlar aparması haqda informasiyalar yayılmışdı.
Offsideplus.az xəbər verir ki, 2025-ci ilin martında meydanlara dönəcək olan futbolçu ilə Fransa təmsilçisi arasında heç bir əlaqə olmayıb. Bu barədə fransız mediasından "RMC Sport" məlumat yayıb.
Poqbanın yaxın çevrəsi Liqa 1 komandası ilə kantaktın qurulmadığını bildirib.
Qeyd edək ki, ulduz oyunçu karyerası ərzində 1 Dünya olmaqla 15 kubok qazanıb.