"İnter" derbidən rekord məbləğdə gəlir əldə edib.

Offsideplus.az xəbər verir ki, İtaliya A Seriasının V turunda Milan nəhəngləri üz-üzə gəlib. "Cüzeppe Meazza"da 75 366 nəfər matçı izləyib. Qarşılaşmadan meydan sahibləri 7 626 430 avro qazanc götürüb və özünə aid olan rekordu yenisilə əvəz edib. Bu barədə "Maxi Foot" məlumat yayıb.

Daha öncə qeydə alınmış ən yüksək rəqəm 6 620 976 avro olub. 2019-cu ilin oktyabrında "Yuventus"a qarşı 2:1 hesabıyla məğlub olduqları görüşdə baş verib.