"Real"ın sabiq qolkiperi Keylor Navas karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Qeyd olunub ki, o, İtaliya "Monza"sı ilə müqavilə imzalayıb.
Son klubu PSJ olan 37 yaşlı futbolçu hazırda azad aget statusuna malikdir.
O, parislilərin heyətində 114 oyun keçirib.
Xatırladaq ki, Navas bundan əvvəl "Real", "Levante" kimi komandalarda çıxış edib.