Hazırda azad agent olan Rafael Varan İtaliya A Seriyasına yeni vəsiqə qazanan "Komo" komandası ilə müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, sözləşmə  bir il daha uzadılmaq şərti ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulacaq.

31 yaşlı müdafiəçi 2018-ci ildə Fransa ilə dünya çempionu, "Real"la isə 4 dəfə isə Çempionlar Liqasının qalibi adını qazanıb.

Onun son klubu isə "Mançester Yunayted" olub.