Fransa millisinin üzvü Rafael Varan karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, "Komo" ilə razılığa gəlir.

Futbolçu Sesk Fabreqasın baş məşqçisi olduğu kollektivlə yaxın günlərdə müqavilə imzalayacaq.

2021-ci ildən “Mançester Yunayted”də çıxış edən dünya çempionunun müqaviləsi başa çatıb və o, hazırda azad agentdir.

"Komo" bu il A Seriyasına vəsiqə qazanıb.