"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının IX turunda "Yuventus"a məğlub olduqları oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

"Adətən belə məğlubiyyətlərdən sonra komanda haqda danışmıram. İstədiyimiz nəticə bu deyildi. Bütün gücümüzlə oynadıq, "Yuventus"dan geri qalmadıq.

Malik Tiav lazımsız vərəqə aldı və komandanı azlıqda qoydu. Düzgün mövqe seçməmişdi. Həmin epizodda daha yaxşını etməli idi".