"Napoli" klubunun hücumçusu Viktor Osimhen Nigeriya millisində olarkən zədələnib.

Offsideplus.az xəbər verir ki, ötən gün Nigeriya Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşündə heç-heçə edib - 2:2.

Osimhen zədə səbəbindən əvəzlənmədən əvvəl 59 dəqiqə oynayıb.