"Napoli"nin mərkəz hücumçusu Viktor Osimhenə təkliflər gəlməkdə davam edir.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, 24 yaşlı forvardla Madrid "Real"ı yaxından maraqlanır.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı klubları da nigeriyalını transfer etmək istəyir.

Osimhenin "Napoli" ilə 2025-ci ilədək müqaviləsi var.