"Çelsi"nin hücumçusu Romelu Lukaku karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, London təmsilçisi, "Roma" ilə danışıqlar aparır.
30 yaşlı belçikalı forvardın "canavarlar"a keçidi yaxındır.
Qeyd edək ki, Lukaku son olaraq icarə əsasında "İnter"də çıxış edib.