Sloveniyalı qapıçı Samir Handanoviç 11 il çıxış etdiyi İtaliya “İnter”indən ayrılıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi 38 yaşlı qolkiperə vida məktubu yazaraq, komanda və azarkeşlər adından ona təşəkkür edib.
Qapıçı başa çatan müqaviləni yeniləməkdən imtina edib. Onun karyerasını harada davam etdirəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Samir Handanoviç Milan klubunda 455 oyun keçirib.