İtaliyanın “Leççe” klubu ötən yay icarəyə götürdüyü iki futbolçunun transfer hüquqlarını aldığını bildirib.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”ın hücumçusu Lorenso Kolombo ilə “Sampdoriya”nın qapıçısı Vladimiro Falkoneni birdəfəlik heyətinə qatıb.

“Leççe” bu keçidlərə görə “Milan”a 2,5, “Sampdoriya”ya isə 3,5 milyon avro ödənildiyini elan edib.