Zlatan İbrahimoviç daha bir il futbolçu karyerasını davam etdirmək istəyir.

Offsideplus.az xəbər verir ki,  "Milan" Zlatanla sözləşmənin müddətini uzatmaqla bağlı danışıqlar aparmır. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

"Milan" isveçli hücumçu ilə müqaviləni yeniləməsə, "Montsa" İbrahimoviçi transfer etməyə çalışacaq.