İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi, "Barselona"nın yarımmüdafiəçisi Frank Kesyeni sıralarına qatmaq niyyətindədir.

A Seriyası klubunun rəhbərliyi 26 yaşlı futbolçunu yayda komandada görmək istəyir.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan Kesyeötən ildən "Barselona"da çıxış edir.