"Milan" klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, İsveç yığmasının heyətində zədələnən 41 yaşlı forvard artıq klubla komanda məşqlərinə başlayıb.

Qeyd edək ki, onunla yeni müqavilə imzalanması gündəmdədir.