"Milan" klubunun rəhbərliyi Zlatan İbrahimoviçlə bağlı yekun qərarını verib.
Offsideplus.az xəbər verir ki, "rossonyerlər" 41 yaşlı isveçli ilə müqavilə yeniləməyəcək.
Klub rəhbərliyi cari mövsüm ciddi zədə üzündən cəmi 4 matçda meydana çıxan futbolçunun növbəti mövsümdə komandaya fayda verə biləcəyinə inanmırlar.
Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "Milan"ın formasını geyinir.