İtaliya "İnter"i futbolçusu Edin Ceko ilə müqavilənin müddətini uzadacaq.

Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi 37 yaşlı hücumçu ilə razılığa gəlməyə yaxındır.

Yeni sövdələşmə növbəti mövsümün sonunadək nəzərdə tutulacaq.

Edin Ceko 2021-ci ildən "İnter"də çıxış edir. Onun hazırkı müqaviləsi yayda başa çatacaq.