“Latsio” İtaliya A seriyasının 27-ci turunda öz meydanında “Roma”nı məğlub edib.

Offsideplus.az xəbər verir ki, paytaxt derbisində 1:0 hesablı qələbə qazanan meydan sahibləri uzun müddətdir davam edən sindromu qırıb.  Belə ki, “qartallar” 2011/12 mövsümündən sonra ilk dəfə ölkə çempionatının hər iki matçında (1:0, 1:0) “canavarlar”a qalib gəlməyi bacarıb.

Qeyd edək ki, “Latsio” hazırda İtaliya çempionatının turnir cədvəlində 52 xalla ikinci, “Roma” isə 47 xalla beşinci pillədə qərarlaşıb.