Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya çempionatları tarixinin ən yaşlı futbolçularını elan edib.
Offsideplus.az xəbər verir ki, “Milan”ın hücumçusu Zlatan İbrahimoviç siyahıya liderlik edir.
Son olaraq 25-ci turda “Fiorentina” (1:2) ilə keçirilən matçda iştirak edən isveçli hücumçu rekordu ələ keçirib. O, 41 yaş 158 günlüyündə meydana çıxıb.
İbrahimoviçin “Milan”la sözləşməsi cari mövsümün sonuna qədərdir. Bununla da, o, öz rekordunu daha da yaxşılaşdıra bilər.