Zlatan İbrahimoviç 8 aydan çox müddətdən sonra "Milan"ın məşqlərinə geri dönüb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı futbolçu hazırlığın bir hissəsini komandanın ümumi qrupunda keçirib.

Qeyd edək ki, İbrahimoviç sonuncu dəfə "Milan"da 22 may 2022-ci ildə oynayıb. İsveçli hücumçu daha sonra dizindən əməliyyat olunub. O, zədəsini yeni sağaldıb.