"Milan" cari mövsümün sonu müqaviləsinin müddəti başa çatacaq baş məşqçisi Stefano Pioli yeni sözləşmə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 2025-ci ilin yayınadək İtaliya klubunun baş məşqçisi olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Milan" hazırda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.