"Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzatmağı düşünür.
Offsideplus.az xəbər verir ki, yeni müqavilənin müddəti 2024-cü ilədək olacaq. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Sözləşməyə əlavə 1 il şərti də əlavə ediləcək.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis 2019-cu ildən "qırmızı-qaralar"ın baş məşqçisidir.