"Yuventus" transfer dönəminə hazırlığı indidən görür.
Offsideplus.az "Sports Russia"ya istinadən xəbər verir ki, "Qoca Sinyora" icarə əsasında "Atletiko"da çıxış edən "Barselona"nın futbolçusu Antuan Qrizmann ilə yaxından maraqlanır. Fransalı futbolçu formasını geyindiyi Madrid təmsilçisində "Barselona" ilə müqaviləyə görə adətən 60-cı dəqiqədən sonra meydana daxil olur.
Belə ki, "Atletiko" 31 yaşlı hücumçunu müəyyən vaxtdan çox oynatsa, "Barselona"ya 40 milyon avro ödəniş etməli olacaq. "Yuventus" bu durumu yaxından izləyir və Qrizmannın mümkün transfer halında futbolçunun maaşında endirimə razı olduğu bildirilir.
Qeyd edək ki, fransalı ulduz bu mövsüm "Atletiko"da 8 oyuna çıxıb, 3 qol və 1 assistə imza atıb.