"Napoli" klubu "Tottenhem"in futbolçusu Tanqay Ndombeleni icarəyə götürüb.
Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçoi 2022/2023 mövsümünü icarə əsasında A seriyası təmsilçisində keçirəcək. "Napoli"nin oyunçunu bu mövsümün sonu 30 milyon avro ödəyərək birdəfəlik almaq hüququ olacaq.
Qeyd edək ki, Ndombele ötən mövsümün ilk yarısını "Tottenhem"də, 2-ci yarısını "Lion"da keçirib.