Bosniya və Herseqovina millisinin üzvü Edin Ceko "İnter"dən ayrılmaq fikrində deyil.

Offsideplus.az xəbər verir ki, hücumçu 3 klubdan təklif alıb. Bu barədə italyalı jurnalist Nikolo Skiyara məlumat yayıb.  Ancaq 36 yaşlı futbolçu "İnter"də qalmaq istədiyinə görə bu təkliflərə müsbət cavab verməyib. Cekonu hansı klubların istədiyi bilinmir.

Qeyd edək ki, 2021-ci ilin yayından Milan təmsilçisində çıxış edən forvardın müqaviləsinin bitiminə 1 il qalır.