"Milan" Zlatan İbrahimoviçlə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, isveçli ulduz A Seriyası təmsilçisi ilə 2023-cü ilin yayınadək yeni müqavilə imzalayacaq. 40 yaşlı hücumçunun maaşı qol və ötürmələrlə birlikdə 1-1.5 milyon avro olacaq. Bu barədə "Sky Sports" məlumat yayıb.
Qeyd edək ki, İbrahimoviç 2020-ci ilin yanvarından "Milan"da çıxış edir.


