"Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi əməliyyatın yaxşı keçdiyini bildirib. 40 yaşlı futbolçunun 7-8 ay oynamayacağı vurğulanıb.

Qeyd edək ki, oktyabrda 41 yaşı tamam olacaq Zlatanın klubla müqaviləsi iyunun 30-na kimidir.