"Milan"ın çalışdırıcısı Stefano Piolinin çempionluğu qeyd edərkən itirdiyi qızıl medalı tapılıb.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 3 nəfər şəxs 56 yaşlı mütəxəssisin mükafatını stadiondan taparaq polisə təhvil veriblər.
Qeyd edək ki, daha əvvəl Piolinin medalının oğurlandığı bildirilmişdi. Turnirin rəhbərliyi sonradan məqşçiyə yeni medal veriləcəyini açıqlamışdı.
Qeyd edək ki, "Milan" 2021/22 mövsümünü çümpion olaraq başa vurub.