"Parma" klubu baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İstefaya səbəb isə Canluici Buffonun da çıxış etdiyi komandanın B seriyasında 12-ci yeri tutması olub.

"Parma" İtaliya B Seriyasının 38 oyununda 11 qələbə qazanıb, 16 heç-heçə edib və 11 məğlubiyyətlə üzləşib.