"Milan"ın futbolçusu Teo Hernandes maraqlı açıqlaması ilə gündəmə gəlib.

 Offsideplus.az xəbər verir ki, 24 yaşlı fransalı müdafiəçi baş məşqçisi Stefano Pioli barədə fikirlərini bölüşüb.

"The Atletic"ə danışan oyunçu bunları deyib: "Karyeram ərzində bir çox məşqçilərlə çalışdım, amma Pioli tam başqa biridir. O, mənim bir şəxs və futbolçu kimi yetişməyimdə çox kömək oldu. Mənə özgüvən verdi. Onun sayəsində çox xoşbəxtəm".

Qeyd edək ki, Herdandes 2019-cu ildən "Milan"da çıxış edir.