"Roma" "Arsenal"ın futbolçusu Qranit Cakanı heyətinə qatmaq istəyir.

 Offsideplus.az xəbər verir ki, "canavarlar"ın çalışdırıcısı Joze Mourinyo 29 yaşlı isveçrəli yarımmüdafiəçinin transfer edilməsi üçün rəhbərliyə məlumat verib.

Cakanın London klubuyla sözləşməsi 2025-ci ildə yekunlaşır.

Qeyd edək ki, İsveçrə millsinin üzvü bu mövsüm "topçular"ın heyətində 12 oayunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.