"İnter" futbolçusu Federiko Dimarko ilə müqaviləni yeniləməyi planlayır.

Offsideplus.az xəbər verir ki, "nerazzurri"lər 24 yaşlı sol cinah müdafiəçisini əldən buraxmaq istəmir. Adı çəkilən oyunçunun hazrıkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, "İnter" yetirməsi olan Dimarko 2015-ci ildə əsas komandaya yüksəlib. O, bu mövsüm A Seriyasında 12 maçta meydana çıxıb.