İtaliyanın "Milan" klubu baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək sözləşmə imzalandığı bildirilib. Yeni müqaviləyə əsasən, çalışdırıcı klubda illik 3,5 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Pioli 2019-cu ildən "Milan"da çalışır.