“Milan” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı forvard A Seriyasının son turunda “Fiorentina” ilə səfər matçında dubl edib. 

Bununla da, o, İtaliya çempionatında dubl edən ən yaşlı oyunçu kimi tarixə düşüb. 

Qeyd edək ki, “Fiorentina” - “Milan” matçı 4:3 hesabıyla bitib.