"Fiorentina" serbiyalı hücumçusu Duşan Vlahoviçə qiymət qoyub.
Offsideplus.az xəbər verir ki, Florensiya təmsilçisi 21 yaşlı forvardı 70 milyondan aşağı məbləğə satmayacaq. Adı çəkilən oyunçu ilə "Real", "Yuventus", "PSJ" və "Arsenal" yaxından maraqlanır.
Qeyd edək ki, Vlahoviç 2018-ci ildən "Fiorentina"da çıxış edir. O, bu mövsüm A Seriyasında 13 maçta 10 qol, 2 məhsuldar ötürmə edib.