"İnter" Kərim Adeyemini heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi 19 yaşlı futbolçunun meneceri ilə görüşüb. Sözügedən oyunçu ilə "Bavariya", "Liverpul", "Borussiya" (Dortmund) və "Barselona" yaxından maraqlanır.

Qeyd edək ki, Adeyemi bu mövsüm "Zaltsburq"un heyətində 19 maçta 14 qol vurub, 2 məhsuldar ötürmə edib.