Edin Ceko İtaliyada klubunu dəyişir.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu "İnter"lə razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Ceko 2023-cü ilə qədər "İnter"in formasını geyinəcək. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Edin Ceko 2016-cı ildən "Roma"da çıxış edir.