Kristian Eriksen bir neçə gün öncə "İnter"in bazasına yollanaraq komanda yoldaşları ilə görüşüb.

Offsideplus.az "Football Italia"ya istinadən xəbər verir ki, danimarkalı oyunçu futbola qayıdacağı tarix barədə açıqlama verib. Eriksen komanda yoldaşlarına 4-5 ay sonra futbola geri dönəcəyini deyib. 

Qeyd edək ki, ürəyinə quraşdırılan kardioverter-defibrillyator cihazı çıxarılmasa, 29 yaşlı yarımmüdafiəçi karyerasını İtaliya A Seriyasında davam etdirə bilməyəcək. 

Xatırladaq ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupu matçında huşunu itirərək, yerə yıxılıb. Xəstəxanaya aparılan futbolçu sonradan əməliyyat olunub və ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.