"Milan" Ukrayna millisinin üzvü ilə geclənmək istəyir.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "rossyonerlər" Roman Yaremçukun xidmətində maraqlıdır. 25 yaşlı hücumçunun Avro-2020-də parlaq çıxış etməsi milanlıların diqqətini çəkib. Lakin Romanın "Gent"lə müqaviləsinin olması "Milan"ı Belçika klubuna müraciət etməyə məcbur edib. Hazırda iki klub arasında danışıqların ilk mərhələsi gedir. "Milan"ın idman deirektoru Paolo Maldini sövdələşmənin tezləşməsi üçün işə sabiq komanda yoldaşı, hazırda Ukrayna yığmasının "sükanı" arxasında olan Andrey Şevçenkonu qatıb.
Qeyd edək ki, Avro-2020-də 2 qol vuran Yaremçuk, ötən mövsüm "Gent"in formasında meydana çıxdığı 43 qarşılaşmada rəqib qapılarına 25 dəfə yol tapıb.