"Milan" klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçunun bərpa müddəti açıqlanmayıb. İsveçli oyunçunun avqustun ortalarında meydana qayıtması gözlənilir.

Qeyd edək  ki, Zlatan zədə səbəbindən Avro-2020-ni buraxıb.