Canluici Buffon İtaliyanın "Parma" klubu ilə razılaşıb.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı qolkiper karyerasına start verdiyi kluba 26 il sonra geri dönüb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. İtaliyalı qapıçı ilə müqavilə imzalanıb, yaxın zamanlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Buffon mövsümün sonu "Yuventus"dan ayrılıb.