"Arsenal"ın futbolçusu karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "Roma" Qranit Cakanın agenti ilə danışıqlara start verib. İsveçrəli futbolçu Joze Mourinyonun sərəncamında görmək istədiyi bir nömrəli addır. Cakanın özü də Mourinyonun rəhbərliyi altında çıxış etməkdə həvəslidir.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada meydana çıxdığı 31 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.