"Parma" klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanın "sükanı" Entso Marsekaya tapşırılıb. 41 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti açıqlanmayıb. 

Qeyd edək ki, "Parma" A seriyasında 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq elitanı tərk edib.