"Mançester Siti"nin U23 komandasının baş məşqçisi Entso Mareska İtaliya klubu ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Parma" komandasının sükanı arxasına keçir. Bu baradə jurnalist Fabritsio Romano məlumat yayıb.

İtaliyalı çalışdırıcı klub ilə 2024-cü ilədək müqavilə imzalayıb. Rəsmi açıqlamanın yaxın zamanlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, turnir cədvəlində 20 xalla sonuncu olan "Parma" A Seriyasını tərk edib.