"Krotone"dən sonra İtaliya A Seriyasını tərk edəcək ikinci klub bəlli olub.
Offsideplus.az xəbər verir ki, 34-cü turda "Torino"ya 0:1 hesabı ilə məğlub olan "Parma" İtaliyanın TOP liqasını tərk edəcək.
Belə ki, turnirin bitməsinə 4 tur qalmış "Parma" 17-ci pillədə qərarlaşan "Kalyari" ilə xal fərqini 12-ə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində "Kalyari"yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.