"İnter"in hücumçusu Romelu Lukaku  "Milan"ın ulduzu Zlatan İbrahimoviçə söz atıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı belçikalı Tvitter hesabında bu sözləri yazıb:

 "Əsl Tanrı, Kralın başına tac qoydu. İndi isə baş əyin".

Qeyd edək ki, Lukau özünü "Milanın Kralı" adlandırmış, İbrahimoviç isə "Milanın heç vaxt Kralı olmadı. Milanın Tanrısı var", demişdi.