Zlatan İbrahimoviç "Milan"la yayda başa çatacaq müqaviləsinin müddətini uzatdı.
İndi o özünü daha rahat hiss edir və futbolda yaşın əhəmiyyət daşımadığını deyir.
Offsideplus.az oktyabrda 40 yaşı tamam olacaq hücumçunun klub saytına verdiyi açıqlamanı təqdim edir: "Yeni əməkdaşlığın komandam və mənim üçün müsbət olacağını düşünürəm. Gəlişimdən əvvəl kimsə şübhə etsə belə, yaşın əhəmiyyəti olmadığını göstərdim. Hər şey insanın özündən asılıdır. Həmişə inkişaf etmək və əlimdən gələni etmək istəyirəm. Əsas məqsədim fiziki cəhətdən övümü yaxşı hiss etmək və bacardığımın artığını etməkdir".
Qeyd edək ki, İbrahimoviç cari mövsümdə "Milan" formasında bütün yarışlarda meydana çıxdığı 25 oyunda 17 qol vurub.