İtaliya A seriyasının 30-cu turunda “Parma” ilə matçda (1:3) "Milan"ın ulduzu Zlatan İbrahmoviç "qırmızı" ilə cəzalanıb.
Offsideplus.az xəbər verir ki, isveçli ulduz hakimlə mübahisəsindən sonra qırmızı vərəqə alıb və meydandan qovulub. Bu, 39 yaşlı hücumçunun İtaliya çempionatında 3363 gündən sonra aldığı ilk "qırmızı"dır.
Belə ki, İbra sonuncu dəfə 2012-ci ilin fevralında "Napoli" ilə oyunda meydandan qovulub.