"Yuventus"un futbolçusu Alvaro Morata Çempionlar Liqasının 1/8 finalında "Portu"ya qarşı oyundan sonra huşunu itirib.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha sonra tibbi müayinədən keçib.
İspaniyalı futbolçuya viral infeksiya diaqnozu qoyulduqdan sonra o, sağalmağa başlayıb.
Qeyd edək ki, sözügedən görüş "Portu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.