Sabah İtaliya A Seriyasında Milan derbisi baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Milan" ev sahibi kimi "San Siro"da 50 xalla lider "İnter"i sınağa çəkəcək. Ancaq azarkeşlər görüşün erkən vaxta təyin edilməsinə etirazlarını bildiriblər. 

"Rossonyerlər"in azarkeşləri komanda üzvlərinin dördüncü gün UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Srvena Zvezda" ilə matçdan (2:2) sonra yorğun olduğunu diqqətə çatdıraraq, görüşün sabaha təyin olunmasından narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, "Milan" - "İnter" matçı sabah Bakı vaxtı ilə 18:00-da başlayacaq.