"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya Kubokunun 1/4 final mərhələsinin "İnter"lə oyununda (1:2) etdiyi hərəkətdən peşman olub.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Stefano Pioli "Football Italia" nəşrinə açıqlamasında isveçli hücumçunun qırmızı vərəqə aldığı üçün kollektivdən üzr istədiyini bildirib.
Qeyd edək ki, Zlatan İbrahimoviç "İnter"lə matçın ilk hissəsinin sonlarında rəqib komandanın forvardı Romelu Lukaku ilə münaqişəyə girib. Hər iki oyunçu bir-birilərini təhqir etdiyi üçün sarı vərəqə alıblar. İkinci yarıda növbəti dəfə cəzalandırılan İbrahimoviç meydandan qovulub.